|
Bakı Biznes
Məktəbi (Baku Business School) kredit mütəxəssislərinin
hazırlanması təlimlərinə dinləyicilərin qəbuluna başlayıb.
Məktəbin koordinatoru Fərid Əzimovun “Hədəf”ə verdiyi xəbərə
görə, layihə bankçılıq sahəsində əlavə təhsil almaq istəyən fəal
insanlar üçün nəzərdə tutulub. Tədris proqramının sonunda
imtahan keçirilir.
Baku Business
School yaşı 20-dən çox olan insanlar üçün qısaldılan və
intensivləşdirilən proqram üzrə biznes sahəsində əlavə təhsil
imkanlarını yaradır. Bu, imtahanlar, iş üçün hazırlıq, real iş
yerində təcrübə həyata keçirən və işlə təmin olmaqda yardım
göstərən təhsil kollecidir.
Hedef
www.hedef.info.az |